+
-
03.12.2021
03.12.2021, 15:01 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

3 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş baş leytenant Nağıyev Fərid Təyyar oğlunun məzarını ziyarət etmişlər.

Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilmiş, məzarına gül dəstələri qoyulmuşdur.  

Sonra hərbi qulluqçunun ailəsinə baş çəkilmiş və baş sağ­lığı verilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw