+
-
02.12.2021
02.12.2021, 16:48 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoymuşlar.

Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn edilmişlər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilmiş və baş sağ­lığı verilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw