+
-
19.02.2014
19.02.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatı

14 fevral 2014-cü il tarixdə saat 04:30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınmışdır.

Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 kanvalyut “travamis”, “opidol”, “tamol-xx” psixotrop dərman preparatları aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw