16.11.2021, 11:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində qəh­rəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilmişdir.

Baş leytenant Nəhmətov Ceyhun Ehtiqad oğlu, leytenant Əbdürrəhimli Habil Qabil oğlu, kiçik gizir İbrahimli Nail Nəriman oğlu, əsgər Qasımov Murtaza Elman oğlu və əsgər Hüseynov Vüsal Yahya oğlunun anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri, rayon icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanla­rının rəhbərliyi, icti­maiyyət nümayəndələri iştirak etmiş, şəhid­lərin məzar­larını ziya­rət edib, üzərilərinə gül çələngləri qoymuşlar.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəmizdən,  düşməni darmadağın etmiş Silahlı Qüvvələrimizin döyüş meydanında rəşadətindən danışmışlar.    

Vətən müharibəsində xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidləri­mizin əziz xatirə­­lərinin hər zaman sonsuz ehtiramla və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman nümunə olacağı qeyd edilmişdir.

Şəhidlərin ailə üzvləri torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xati­rələrinin əbədi­ləş­dirilməsi, ailələrinin ziyarət edilmə­sinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi yüksək qayğının, şəhidlərə ifadə olunan ehtira­mı­n göstəricisi olduğunu bildirərək minnətdarlıq ifadə etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80