+
-
13.11.2021
13.11.2021, 15:10 - Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Res­publikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­lər davam etdirilir.

Son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti böl­mələri tə­rəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə­rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilmişdir.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılmış, onlar­dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol­ma­ları müəyyən edilmişdir.  

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olun­­maları üçün Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindənmüvafiq tədbirlər həyata keçirilir.

f tw