+
-
26.10.2021
26.10.2021, 09:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Oktyabr ayının 25-də ilk Azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

General-mayor Mustafa Nəsirovun II Fəxri Xiyabanda məzarı ziyarət olunduq­dan sonra onun ailə üzv­ləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, istefada olan generallar və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin iştirakı ilə mərasim DSX Akademiyasında davam etmişdir.  

Tədbirdə çıxış edənlər adını qızıl hərflərlə Azərbaycan sərhəd mühafizəsi tarixinə yazmış, həyatını Vətənimizin hüdudlarının qorunmasına həsr etmiş ilk Azərbaycanlı sərhədçi general-mayor Mustafa Cəfər oğlu Nəsirovun keçdiyi şərəfli ömür və xidmət yolundan danışmışlar.

1943-cü ildə hərbi məktəbi bitirdikdən sonra zabit rütbəsi alan Müstafa Nəsirovun ömrünü sərhədlərin mühafizəsinə bağladığı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hərbi institutunun məzunu olduqdan sonra məsul vəzifələrdə çalış­dığı, bu müddətdə sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair bir neçə əsərin müəllifi olduğu, sərhəd qoşun­larının fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla xidmətin təşkili üzrə irəli sürdüyü ideyaların bütün Sovet İttifaqında tətbiq olunduğu qeyd edilmişdir.

Azərbaycanın Sərhəd Mühafizəsinin ya­ranması, formalaş­ması və inkişafı  strate­giyasının banisi Ulu Öndər Heydər Əliyevin bilavasitə dəstəyi ilə 1974-cü ildə Mustafa Nəsirovun general-mayor rütbəsi almış ilk Azərbaycanlı sərhədçi olduğu, Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə milli hərbi, o cümlədən peşəkar sərhədçi kadrların ye­tişdirilməsi sahəsində uzaqgörən addımları sayə­sində qısa müddətdə sərhəd mühafizəsində onlarla Azərbay­canlının aparıcı vəzifə­­lərdə xidmət aparmasına nail olunduğu bildirilmişdir.

“Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sər­hədləri olacaq və o qədər də sər­hədləri qorumaq lazım olacaq­dır.” – deyən Ulu Öndərin milli dövlətçilik kursunun və ideyalarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevtərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında haqq savaşında tarixi ədalətin bərpa edildiyi,  torpaqlarımız işğaldan azad olunaraq düşmən üzərində şanlı Qələbə qazanıldığı vurğulanmış, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşı­sında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olun­du­ğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümu­nələri göstərdikləri bildirilmişdir.

Bu gün general-mayor Mustafa Nəsirovun layiqli davamçıları- Vətəninə, xal­­qı­­na, prezidentinə sadiq Azərbaycan sərhədçilərinin  bütövləşmiş yurdumuzun sərhəd­­ləri boyunca üçrəngli müzəffər bayrağımız altında dövləti maraqları ən yük­sək səviyyədə qorumaqdan böyük şərəf və qürur duymaları vurğulanmışdır.

Tədbir general-mayor Mustafa Nəsirovun həyatı və xidmət yoluna həsr olun­muş “Sərhəd fədaisi”sənədli filmin izlənilməsi ilə davam etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw