+
-
15.10.2021
15.10.2021, 16:32 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilmişdir.

Şəhid gizir Əmirli Tofiq Şəmsəddin oğlu, kiçik gizir Bağırlı Mirsədi Mircəfər oğlu, kiçik gizir Qasımov Xalid Rafiq oğlunun boya-başa çatdıqları rayonlarda təşkil edilmiş anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, ictimaiyyət nümayəndələri iştirak etmiş,  şəhidlərin məzarlarını ziyarət edib, gül çələngi qoymuşlar.

Anım mərasiminə qatılanlar qəhrəman şəhidlərin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdikləri, qarşıya qoyulan döyüş tapşırıqları qanları və canları bahasına layiqincə yerinə yetirərək şəhadət zirvəsinə ucaldıqları qeyd olunmuşdur.  

Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü­müzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidləri­mizin əziz xatirə­sinin hər zaman minnətdarlıqla anılacağı vurğulanmışdır.

 Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə minnət­darlıq ifadə etmiş, torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinin ziyarət edilmə­sinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi yüksək qayğının, şəhidlərə ifadə olunan ehtira­mı­nın göstəricisi olduğunu bildirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw