+
-
14.08.2021
14.08.2021, 14:20 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Avqust ayının 13-ü və 14-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əs­gərlərin andiçmə mərasimləri keçiril­mişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Mərasimlərdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Vətən Müharibəsində şanlı Qələbənin coşqu­su­nun yaşandığı və Azər­baycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulamışlar.  

Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bü­töv­lüyünün bərpa olunması uğrunda Vətən Müharibəsinin Azərbay­can Res­pub­likası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs tor­paqları­mızın azad olun­ma­sında işğalçı düş­mən qüv­və­lərinə qar­şı şərəflə döyüşən sərhədçilərin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apar­maları ilə qürur duymaları vurğulanmışdır.

Azad olunmuş sərhədlərimizin müdafiə və mühafizəsinin təmin olunması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl təd­birlərin həyata ke­çirildiyi, yeni hərbi hissələrin formalaşdırılması, və sərhəd xətti boyu sərhəd zastavalarının bərpa olunması, yeni sərhəd-döyüş mən­təqələrinin fəaliyyətə başlaması qeyd edilmişdir.

Mərasimlərdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulan­mışdır.

Tədbirlər zamanı Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonları və Şuşa şəhə­ri­nin azad olunma­sında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüv­vələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhəd­çi­lərə orden və medallar təqdim olun­muş­dur. 

Tədbirlər çərçivəsində Vətən Müharibəsində canla­rını Vətən uğrunda fəda edə­rək həlak olmuş sərhədçilərin xatirə abidəsi açılmışdır.

Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw