+
-
14.01.2014
14.01.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2013-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 32 nəfər saxlanılmış, onların 12 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 2 nəfəri Tacikistan, 2 nəfəri Nigeriya, 1 nəfəri İran İslam Respublikası, 1 nəfəri  Ukrayna vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 11 kiloqram 493 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 153 min 380 manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 80 qutu piston, 3 ədəd pnevmatik tapança, 1600 ədəd pnevmatik patron, 27 min 683 ədəd pirotexniki vasitə, 1000 qram qızıl, 16 ədəd qızıl zinət əşyası, 1879 qutu siqaret, 2 ədəd qayıq, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw