+
-
10.05.2021
10.05.2021, 14:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbirlər keçirilirmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ənənəvi olaraq Fəxri Xiyabanda Ulu Öndərin Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edərək məzarı önünə tər çiçək dəstələri düzmüşlər.

Bu tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi”ndə Dahi Öndərin nəsillərə nümunə olan həyat və fəaliy­yətini əks etdirən zəngin foto-ekspozisiya hərbi qulluqçulara nümayiş olunmuşdur.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qar­şısında misilsiz xidmətlərin­dən söz açılmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyər­lə­rinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılmışdır.  

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafı sahəsindəki xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilərək Müzəffər Ali Baş Koman­danın rəhbərliyi altında həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük iftixarla vurğulanmışdır.

 

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw