+
-
08.05.2021
08.05.2021, 14:25 - 08 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışına həsr olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin çıxışı

Cənab generallar,

zabitlər və kursantlar!

 

Azərbaycan Sərhəd Mühafizəsinin zəfər və rəşadətlik ənənə­lərinin növbəti davamçılarının - Dövlət Sərhəd Xidmətinin Akademi­yasının məzunlarının 10-cu buraxılış mərasimində hər birinizi sa­lamlayır, bu əlamətdar günün təntənəsini Sizlərlə birgə yaşama­ğı­mızdan qürur duyduğumu bildirirəm!

Gənc zabitlər!

Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduğunuz ha­zırki gün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf edir.

Azərbaycanın sərhədçi zabiti adını almağınız münasibətilə hər birinizi təb­rik edirəm!

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında DƏMİR YUM­RUQ” əməliyyatı nəti­cəsində ərazi bütövlüyümüz bərpa olun­muş, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qələbəsi ilə başa çatmış, Tarixi Zəfərimiz təmin edilmişdir! 

Beləliklə İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulmuş və ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir!

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqları uğurla icra olunmuş, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümu­nələri göstərmiş, qalibiyyət dastanı yazmışlar.

Uzun müddət öncədən sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş yanaşmalar, o cümlədən DSX-nin çevik hərəkət qüvvələ­rinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komp­lektləşdirilməsi, ən müasir silahlarla və hərbi ləvazi­matla təchizat­lan­dırıl­ması, real döyüş təcrübəsi əldə etmələrinə xü­susilə ciddi önəm verilməsi, pilotsuz uçuş aparatlarının alınması və effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılması, zirehli döyüş texnikalarının modernləşdirilməsi, müasir hərb tari­xin­də AN-2 təyyarələrinin pilot­suz uçuş aparatı kimi tətbiqi və digər fəa­­liyyətlər böyük Zəfərin əldə olunmasında Azərbaycan sərhədçi­lərinin uğurlu iştirakına zəmin yaratmışdır.

Döyüş əməliyyatlarının ilk günündən başlayaraq  Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmiş, Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancmış, qızğın dö­yüş­lər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə ha­va­dan həm­lə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açıl­mış atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunmuşdur. 

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdi­ri­lərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tət­biqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistem­lərinin və digər strateji hədəflərinin  aşkarlanaraq məhv edilməsinə nail olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kom­plek­sləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda ida­rəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.

26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonu ərazisində yeni hərbi hissəsinin açılış mərasimində Azərbaycan Res­pub­likasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin "Sərhədçilərin ümumi zəfəri­mizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm!" deməsi bizə göstərilən ali etimadın növbəti ifadəsi olmaqla hər birimizi daha böyük xidməti qələbələrə ruhlandırmışdır.

Müzəffər Ali Baş Komandanımız sərhədçiləri "Vətən Mühari­bəsi Qəhrəmanı" adı ilə, orden və medallarla təltif etmişdir. Ölkə­mizin ən yüksək fərqlənmə dərəcəsi olan "Vətən Müharibəsi Qəhrə­manı" adına layiq görülmüş sərhədçi zabitlər sırasında DSX Akade­miyasının 4 məzununun olmasını da qeyd edərək bu cür zabitlərin - sözün əsl mənasında qəhrəmanların yetişdirilməsində, tərbiyə­lən­dirilməsində DSX Akademiyasının pedaqoji və komandir heyətinin də əməyini xüsusi vurğulayıram!

Bu döyüş əməliyyatları zamanı şəhidlərimiz və yaralılarmız da olmuşdur. Vətən uğrunda savaşda həlak olmuş bütün qəhrəman­ların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 zabitimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyimizi xahiş edirəm!

Hörmətli tədbir iştirakçıları!

Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tök­düyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştira­kın­dan və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur! 

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən öl­kəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turu yaradılır, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təmina­tı­nın yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçiri­lir.

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş his­səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə  sərhəd-döyüş məntəqələri fəaliyyətə başlamış, son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliy­yətinə başlamışdır. May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə gös­tər­­diyi diqqət və qayğının daha bir təzahürüdür.

Bu gün əsas vəzifəmiz - işğaldan azad olunmuş dövlət sərhəd­lərimizin mühafizə altına götürülməsi prosesinin uğurla başa çatdı­rılması, dövlət sərhədinin etibarlı müdafiə və mühafizəsinin təmin edilməsidir.

Əziz zabitlər!

Əminəm ki, dövlət sərhədlərinin müdafizəsi və mühafizəsi işinə öz önəmli töhfənizi verəcək, dövlət sərhədlərinin keşiyində ayıq-sa­yıq dayanacaq, qarşımızda duran əsas vəzifələrin icrasında ön sıra­larda olacaqsınız!

Bir daha hər birinizi təbrik edir, Azərbaycanın sərhədçi zabiti adını şərəflə daşımağınızı arzulayır və deyirəm:

YAŞASIN AZƏRBAYCAN,

YAŞASIN ALİ BAŞ KOMANDAN!

f tw