+
-
02.02.2021
02.02.2021, 09:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza­nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir. 

Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina­la­dığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxın­lı­ğın­da 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw