+
-
02.12.2013
01.12.2013- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

01 dekabr 2013-cü il tarixdə saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş vermiş, bir nəfər hərbi qulluqçu həlak olmuş, iki nəfər isə yaralanmışdır.

Yaralılara ilkin tibbi yardım göstərilmiş, vəziyyətləri kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır.

 

                                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw