+
-
26.04.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmuşdur.

Yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutmuş və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


 

 

 

f tw