19.10.2013 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

    

Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Cari ilin sentyabr ayının 1-də Astara rayonunun Sım kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər İİR vətəndaşı tərəfindən dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır. Sərhəd pozucuları özləri ilə gətirdikləri 8 kiloqram tiryəki hadisə yerində ataraq geriyə qaçmağa müvəffəq olmuşlar.

Hadisə ilə bağlı əməliyyat – istintaq tədbirləri davam etdirilir.

 

                                             Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi