12.10.2013 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Dövlət Sərhəd Xidmətinin zabitinin xəsarət alması ilə nəticələnən hadisə barədə qeyri-dəqiq məlumatlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, 10.10.2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlu Cəlilabad rayonunun Göytəpə şəhərində kirayə qaldığı mənzildə qonşuluqda yaşayan Sərdarov Fəxrəddin Umud oğlu ilə aralarında məişət zəminində baş vermiş münaqişə nəticəsində onun oğlu Abbas Sərdarov tərəfindən ov tüfəngindən açılan atəşlə sarğı nahiyəsindən yaralanmışdır. Yaralı dərhal Bakı şəhərinə təxliyə olunmuş və üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Xəstənin vəziyyəti kafidir.

Kütləvi informasiya vasitələrində zabitin geyim mədəniyyətinə riayət etməməsi barədəki iddialar həqiqətə uyğun deyil.

   Dövlət Sərhəd Xidməti mətbuat mərkəzi