08 mart tarixində 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz ER-nın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulmuşdur.
Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi