+
-
27.02.2020
27.02.2020, 16:49 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri general-leytenant Asif Cəbra­yı­lov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilo­vun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvə­lərdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid­mə­tinin rəi­si general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd etmiş, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbay­canın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmə­rəli xidməti fəaliy­yət­lərinə görə təşəkkür etmiş, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulamışdır.

Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edil­miş generalların ordenlərini onlara təqdim etmiş, dövlət sərhəd­lərinin müha­fizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı –  3-cü dərə­­cəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, bütün xidməti fəaliyyətləri dövründə Dahi Öndər Ümummilli Liderimiz Heydər Əliyevə və cənab Prezidentə sədaqətlə xidmət etdik­lə­rinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha­fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd etmişlər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura­xılan generallara bir daha minnətdarlığını bildirmiş, şəxsi həyatlarında uğurlar arzulamışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw