30.09.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

27 sentyabr 2013-cü il tarixində Horadiz sərhəd dəstəsinin yeni qarnizonunun, zabit-gizirlər üçün yeni inşa edilmiş yaşayış massivinin açılış mərasimi ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev hərbi hissədə aparılmış tikinti quruculuq işlərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bilavasitə tapşırığı əsasında qısa müddət ərzində həyata keçirilməsini qeyd etmiş və hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibətilə təbrik etmişdir. Xidmətdə göstərdikləri yüksək nəticələrə görə bir qrup hərbi qulluqçu medallarla və qiymətli hədiyyələrlə mükafatlandırıl­mışlar.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant E.Quliyev hərbi hissənin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra sərhəd dəstəsinin qərargah binasına baxış keçirmiş, zabit-gizirlər üçün yaradılmış iş şəraiti ilə tanış olmuşdur. Bundan sonra kazarma binasına, yeni inşa edilmiş 30 çarpayılıq 2 mərtəbəli tibb məntəqəsinə baxış keçirilmişdir.

Məişət təminatı binası ilə tanışlıqdan sonra yeni inşa edilmiş və bütün tələblərə cavab verən avtomobil parkına, bokslara, yanacaq-sürtkü materialları anbarına və yanacaq-doldurma məntəqəsinə, maddi-texniki təminat və yeraltı tərəvəz anbarlarına, qarovul binasına baxış keçirilmişdir.

Ümumilikdə sərhəd dəstəsinin qarnizonunda qısa müddət ərzində 32469 m2  sahədə tikinti işləri, o cümlədən 25522,4 m2 sahədə əsaslı tikinti, 6946,6 m2sahədə əsaslı təmir işləri aparılmışdır.

Hərbi hissə ilə tanışlıqdan sonra əsaslı təmir edilmiş və yenidən qurulmuş “Əhmədalılar” sərhəd zastavasına baxış keçirilmişdir. Zastavada şəxsi heyət üçün bütün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, idman şəhərciyi, anbarlar təmir olunaraq yenidən qurulmuş və yeni avadanlıqlarla təmin edilmişdir. Zastavada mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi yaradılmış, yeni asfalt örtüyü salınmış, abadlıq-yaşıllaşdırma işləri görülmüşdür.

         Hərbi qulluqçuların və onların ailə üzvlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərhəd dəstəsinin ərazisində 2 ədəd ikimərtəbəli 8 mənzilli yaşayış binası əsaslı təmir edilmiş, 2 ədəd ikimərtəbəli 16 mənzilli və bir ədəd üç mərtəbəli 57 mənzilli yeni yaşayış binaları inşa edilmişdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin olunmuşdur.

Sərhədçi ailələrinin asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahəti üçün 3500 m2 sahədə istirahət parkı salınmış, müxtəlif növ ağac və gül kolları əkilmişdir. Yaşayış şəhərciyində mərkəzləşdirilmiş istilik sistemi, fasiləsiz su təminatı üçün 200 m3- lik və 400 m3- lik 2 ədəd su anbarı inşa edilmiş, müasir su nasosları və işıqlandırma sistemləri quraşdırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant E.Quliyev yaşayış binalarına baxış keçirmiş, mənzillərdə yaradılmış şəraitlə tanış olmuş, xidməti mənzillərin orderlərini təqdim etmiş, çay süfrəsi arxasında zabit-gizirlərin ailə üzvləri ilə söhbət etmiş, yaşayış şəhərciyində toplaşmış zabit-gizirlərin ailə üzvlərini təbrik etmişdir. Tədbirin sonunda general-leytenant E.Quli­yev şəxsi heyətlə birgə nahar etmişdir.

 

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN MƏTBUAT MƏRKƏZİ

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80