+
-
22.02.2020
22.02.2020, 11:29 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə dövlətçiliyimizin növbəti diplomatik qələbəsinin təbliğ olunması ilə əlaqədar tədbirlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq auditoriya qarşısında Ermənistanın Baş nazirinə yüksək diplomatiya və erudisiya ilə beynəlxalq hüquq normalarına və tarixi faktlara əsaslanmaqla, problemlərə dəqiq və konseptual yanaşma tərzi ilə aşkar üstünlük nümayiş etdirməsinə dair müzakirələr aparılmışdır.

Tədbirlərdə çıxış edən millət vəkilləri, elm xadimləri, ictimaiyyət nümayəndələri tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş canlı debatda dövlətçiliyimizin gücünü, nüfuzunu və qüdrətini beynəlxalq səviyyədə yüksəklərə qaldıran Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli və məharətli çıxışı zamanı erməni faşizminin törətdiyi Xocalı soyqırımının məsuliyyətindən yayınmaq cəhdlərini ifşa edərək işğalçı dövlətin rəhbərini çıxılmaz və aciz duruma salmaqla bərabər, səlahiyyətli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, xalqımızın fundamental haqlarının, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi üçün təzyiqləri artırmağa israrla tələb etməsinin hər bir sərhədçinin döyüş ruhunun və mübarizə əzminin daha da yüksəlməsinə səbəb olması fəxrlə qeyd edilmişdir.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlı debatın videoyazısı şəxsi heyətə nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw