+
-
19.02.2020
19.02.2020, 12:31 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 18-də Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 27-ci ildönümü münasibətilə tədbir keçiril­miş­dir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak etmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək hələ 15 il öncə dənizdə dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqət ayıran Azərbaycan Respubli­kasınıPrezi­den­ti cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin yaradıldığını, 2008-ci ilin noyabr ayının 8-də regionu­muzda bənzəri olmayan yeni dəniz hərbi bazasının istifadəyə verildiyini, ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirmişdir.

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən canlı debatda beynəlxalq auditoriya qarşısında Ermənistanın Baş nazirinə tarix və beynəlxalq siyasət dərsi keçməklə torpaqlarımızın işğal altında qalması ilə bağlı barış­maz mövqeyini, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsinin fundamental haqqımız olduğunu, milli dövlətçiliyimizin gücünü, qüdrətini və yenilməzliyini növbəti dəfə nümayiş etdirdiyini diqqətə çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu tarixi hadisənin Azərbaycan sərhədçisinin qələbə əzmini, qəhrəmanlıq ruhunu yüksəklərə qaldırdığını xüsusilə vurğulamışdır.

Xidməti-döyüş fəaliyyətinə başladıqları ilk gündən dəniz sərhədçilərinə xüsusi diqqət ayıran Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təs­diq olunmuş «Azər­bay­­can Respub­likasının dəniz təhlükəsizliyi strategi­ya­sı»nın icrasının təmin edilməsi üzrə DSX-nin Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”nin inşa edildiyini, 12 ədəd “Tufan” və “Şah­dağ” tipli sərhəd gö­zət­çi gəmilərinə baxış məqsədilə cənab Prezidentin dəfələrlə DSX-nin Sahil Mühafi­zə­sinin ba­za­sın­da olmasını xüsusilə qeyd edən general-polkovnik Elçin Quliyev bu gəmilərin döyüş sıralarına qatılması sayə­sində sər­həd sularında dövləti maraqlarımızın qorunması imkanlarının xeyli genişləndiyini, dəniz sərhədlərinin mühafizəsi məsələ­lərinə daim ali diqqətin göstərildiyini və yüksək nəticələrin əldə olunduğunu qeyd etmişdir.

2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplan­tısında mühüm əhəmiyyət kəsb edən «Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya»nın imzalanmasını əlamətdar hadisə kimi qeyd edən Dövlət Sərhəd Xidmətinin rəisi bu sənədin dəniz sər­həd­lərimizin mühafizi­əsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olun­masına şərait yaratdığını bildirmişdir.

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Respublikasınındövlət sərhədlərinin keşiyində böyük qürur hissi ilə dayanan Azərbaycan sərhədçilərinin Azər­bay­can Res­pub­­li­kasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əli­yev tərəfindən qarşıya qoyulmuş tapşırıqları ən yüksək səviyyədə icra etdiyini vurğulayan general-polkovnik Elçin Quliyev gələcəkdə də dənizçilərin göstərilən bu ali etimadı yeni nailiyyətlərlə doğruldacaq­larına əminliyini bildirmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev Döv­lət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ər­zində dənizçi sərhədçilərin Xəzər dənizində əldə etdiyi yüksək nailiy­yətlər­ haq­qında məruzə etmişdir.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltifləndirilmişdir.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri­nin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw