+
-
12.12.2019
12.12.2019, 12:12- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvə­lə­rin Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi mü­nasi­bətlərin inki­şafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və öl­kəmizə turizm axının genişlənməsi ilə əlaqədar ölkəmizə gələn və gedən şəxslərin və nəqliy­yat vasitə­lə­rinin sayı­ əhə­miy­yətli dərəcədə artmışdır. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sər­hədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olmuşdur.

Belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəza­rətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləş­diril­məsi, döv­lət sərhədindən keçənlərin sərhəd nəzarətinin effek­tiv­liyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəq­liyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azal­dılması və sürətli keçidi­nin təmin olunması istiqa­mətində mühüm işlər görülmüş, 1 şəxsin sərhəd keçmə pro­sedur­larının rəs­miləş­diril­məsinə 1 dəqiqədən az vaxtın sərf edil­mə­sinə nail olun­muşdur.

Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məq­səd­yönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınmışdır. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olmuşdur. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiy­yələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləmiş və öz minnətdarlığını bildirmişdir. 

 

  

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw