+
-
28.11.2019
28.11.2019, 09:38- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Хidmətində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəli­li­yi­nin yüksəl­dilməsi, şəxsi heyətin vətən­pər­vərlik tərbiyəsinin, mənəvi-psiхоlоji vəziy­yətinin daim yüksək səviyyədə saхlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün silsilə tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların vali­deynləri ilə sıx əlaqələrin yaradılması, 2003-cü ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində «Valideyn gün­ləri»nin  keçirilməsi bu tədbirlər çərçivəsində xüsusi yer tutur.

Noyabr ayının 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən «Valideyn gün­ü»ndə hərbi hissənin rəhbərliyi, rayоn icra hakimiyyəti nümayəndələri və əsgər valideynləri iştirak etmişlər. Keçirilən tədbirdən öncə qonaqlara hərbi hissənin yaranma tarixi və bu günkü fəaliyyəti haqqında ümümi məlumat verilmişdir.

Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qo­run­­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xid­mətlərini, böyük dövlət xadiminin müəy­yən­ləş­dirdiyi milli sərhəd strate­giyasının Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd edilmişdir.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıq­la­rı­nı bildirmiş və övladlarına öz tövsiyələri­ni vermişlər.

Bir qrup hərbi qulluq­çu fəхri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırılmış, xiudmətdə fərqlənmiş hərbi qulluqçu­ların valideynlərinə «Təşəkkür məktubları» təqdim olunmuşdur.

Tədbirin sonunda qonaqlara Vətənimizin sərhəd­lə­rinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Хidmətin­də gedən dinamik inkişafı, əldə оlunmuş uğurları əks etdirən video-çarx nümayiş etdirilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

f tw