+
-
25.11.2019
25.11.2019, 17:09- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2019-cu ilin noyabr ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçiril­mişdir.

Xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsini qeyd etmişdir.

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanmışdır. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılmış, saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılmışdır.

Azərbay­can Respublikasının Prezidenti cənab İl­ham Əliye­vin tapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət və­ziy­­yə­tinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırıl­ma­sının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə və­saitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yük­sək sə­viy­yədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bil­dirilmişdir.   

Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nai­liyyətlərin qo­runub saxlanılmasının və daha da artırılmasının mü­hüm­lüyü xüsusi vurğulanmışdır. 

Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cüm­lədən dövlət sərhədindən keçən şəxslər və nəq­liy­yat vasitələri üzə­rində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin mak­simal azal­dıl­ması və sürətli keçidi­nin təmin olunması üzrə təklif­ləri dinlənilmiş, xid­məti fəaliyyətin təkmilləşdirilməsi məsələləri mü­za­kirə olun­muş­dur.

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən  kənarlaşdırılması qeyd edilmişdir.  

Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmışdır.

Müşavirənin sonunda normativ-hüquqi aktların və rəh­bər sə­nədlərin tələb­lə­rinə riayət olunması, dövlət sərhədindən buraxılış mən­təqə­lərində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqa­mətində əlavə tap­şırıqlar verilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

 

f tw