23.11.2019, 11:34- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin 07, 08 və 17 noyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin 2-ci kinoloji yarışları keçirilmişdir. Kinoloji yarışlara Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti məntəqələrinin kinoloq-mütəxəssisləri cəlb olunmuşdur.

Kinoloji yarışlar iki müxtəlif istiqamətdə - narkotik vasitələrin axtarışı və iz axtarışı üzrə keçirilmişdir. Yarışların kecirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizə­sində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqə­lərində narkotik vasitələrin axtarışı imkanlarını genişləndirmək, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etmək olmuşdur.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında, otaqlarda narkotik vasitələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması və itaət komandaları üzrə tapşırıqlar yerinə yetirilmişdir.

Təşkil edilmiş 2-ci kinoloji yarışların qalibi olmuş hərbi qulluqçular təltifləndirilmiş, qaliblərə kubok, diplom və pul mükafatları təqdim olunmuşdur.

 

 

 

DövlətSərhədXidmətininmətbuatmərkəzi

  • 80
  • 80
  • 80