+
-
31.08.2013
31.08.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev avqust ayının
30-da Horadiz Sərhəd Dəstəsində Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılmış və əksər məsələlər yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxılmasının təşkili üçün nəzarətə götürülmüşdür.   

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulu­nun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq etmişlər. 


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw