+
-
28.10.2019
28.10.2019, 09:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.

17 oktyabr 2019-cu il tarixində Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gür­­cüstan  isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılmışdır.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­miş­dir.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində  İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­müşdür.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw