+
-
21.10.2019
21.10.2019, 10:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində  sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

18 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. 

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunmuş, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçmışlar.

Həmin əşyalara baxış keçirilmiş, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw