29.08.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

29 avqust 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri, 23 mart 1994-cü il təvəllüdlü, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış Məmmədov Nofəl Nofəl oğlu naməlum səbəbdən özünü asaraq intihar etmişdir. 

Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən­dələri tərəfindən hadisə yerində araşdırma aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcəkdir.  

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi