+
-
06.10.2019
06.10.2019, 13:35 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərilən ali dövləti qayğı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsi infrastruk­turunun təkmil­ləşdirilməsi tədbirləri uğurla davam edir, sərhədçilər üçün ən müasir tələb­lərə cavab verən hərbi obyektlərin sürətli inşası həyata  keçirilir.

Oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilmişdir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbay­can Respub­likasının Prezi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevinrəh­bərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəm­lən­məsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni is­ti­fa­dəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd etmişdir.

Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əmək­daşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanmışdır.

Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilmişdir.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi üçün yerli əhalinin, Ağstafa rayonunun icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının mühüm dəs­təyi xüsusi qeyd olunmuş, həm dost Gürcüstan ilə, həm də düşmənlə həmsərhəd olan Ağstafa rayonunun rəhbərliyinə və ictimaiyyətinə sər­hədçilərə göstərdikləri hərtərəfli köməkliyə görə minnətdarlıq ifadə olun­muşdur.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başcısı Niza­məddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğur­lar arzulamışdır. 

Tədbir iştirakçıları sərhəd zastavasında yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidməti fəa­liy­yətin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir tələblərə cavab verən yataqxana, yemək­xana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydan­­çası, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemi, hamam-cama­şırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw