24.08.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

“Dünya” İnformasiya Agentliyinin “dia.az” saytının baş redaktorunun Dövlət Sərhəd Xidməti rəisinin adına aşağıdakı məzmunda məktubu daxil olmuşdur:

 “Çox hörmətli cənab general. “Dünya” İnformasiya Agentliyinin “dia.az” saytında sizin barənizdə 07.07.2013-cü il tarixində yer almış məqalə ilə bağlı Mingəçevir şəhər məhkəməsinə etdiyiniz müraciətdə haqlı olduğunuz şübhəsizdir.

 Portalın baş redaktoru kimi diqqətinizə çatdırıram ki, sözügedən yazının dia.az-da yayımlanması mənim istirahətdə olduğum dönəmə təsadüf etdiyindən, bu işdə səhlənkarlıq etmiş redaksiya əməkdaşları cəzalandırılıb.

 Yazı ilə bağlı Sizdən şəxsən öz adımdan üzr istəyirəm və sizdən xahiş edirəm ki, məhkəməyə ünvanladığınız müraciəti müstəqil mətbuata jest olaraq geri götürəsiniz.

 Bildirim ki, artıq göstərişimlə texniki işçilərimiz həmin və digər bu kimi materialları portaldan yığışdırıblar.

 Öncədən təşəkkür edirəm.

 Hörmətlə,

DİA.AZ portalının baş redaktoru Məhəmməd Ərsoy

Bakı şəhəri, 2013-cü il, 23 avqust”.

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi