+
-
02.10.2019
02.10.2019, 19:08 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.  

2019-cu ilin 02 oktyabr tarixində saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­muşdur. Nə­­ti­cə­də ekskovatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­mış­dır.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­mış­dır.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurul­muş­­dur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw