Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
2019-cu ilin 20 sentyabr tarixində saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulmuşdur.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi