12.09.2019, 09:07- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı və dövlət sərhədinin etibarlı mühafizəsi üçün sərhədçilərin peşəkarlıq səviyyəsinin və fiziki hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi Dövlət Sərhəd Xid­mə­tinin Çevik Hərəkət Qüvvələrinin Yevlax şəhərində yerləşən hərbi hissəsində  11 sentyabr 2019-cu il tarixdə yeni idman kompleksi isti­fadəyə verilmişdir. 

İdman kompleksinin açılış mərasimində iştirak edən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hərbi qulluqçular üçün zəruri xidməti və yaşayış səviyyəsinin təmin edilməsi, o cümlədən bədən tərbiyəsi və fiziki hazırlıqla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli tədbirlərin görülməsi, bu sırada “Sərhədçi” idman olimpiya mərkəzinin, həmçinin bütün sərhəd dəstələrinin və digər hərbi hissələrin nəzdində yaradılmış idman komplekslərinin fəaliyyətinə böyük önəm verilməsi xüsusi qeyd olunmuşdur.

Yeni inşa edilmiş idman kompleksin­də çevikliyi və dözüm­lüyü artırmaq üçün ən müasir avadanlıqlarla təchiz edilmiş trenajor zalı, stolüstü tenis və bilyard zalı, vo­ley­bol, basketbol və mini futbol oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş böyük idman zalı mövcuddur. İdman kompleksində həmçinin tamaşaçılar üçün tribuna, id­man­çılar üçün rahat geyinib-soyunma və yuyunma otaqları, kompleksin fəaliyyətini təmin etmək üçün zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar da istifadəyə veril­mişdir.

İdman kompleksinə baxış keçirildikdən sonra çevikçilər nümunəvi çıxışlarını təqdim etmişlər.

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80