+
-
31.08.2019
31.08.2019, 12:15- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

30 avqust 2019-cuil tarixdə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Əfqanıstan Veteranları İctimai Birliyinin nümayəndələri "Qazax" Əlahiddə Sərhəd Diviziyasında "Sərhəddən başlayır vətən" adlı silsilə tədbirlərin davamı olaraq şəxsi heyətlə növbəti görüş keçirmişdir.

Tədbir iştirakçıları təmas xəttində yaradılmış sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və məişət şəraitləri ilə yaxından tanış olmuş, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə şəxsi heyətə təbriklərini çatdırmışlar.

Sərhəd döyüş məntəqələrində görüşlər keçirildikdən sonra tədbir hərbi hissənin qarnizonunda davam etdirilmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyduğu tapşırıqların icrasını təmin etmək məqsədilə şəxsi heyətin səfərbər olunmasını xüsusi ilə vurğulamışlar.

Əfqanıstan veteranları barədə arxiv sənədlər əsasında hazırlanmış "Cəbhədən-cəbhəyə" adlı sənədli film nümayiş etdirilmiş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbir Şəmistan Əlizamanlı, Şahin İsmayılovun və Akademik Milli Dram teatrının aktrisası Şəhla İsmayılo­va­nın iştirak etdiyi konsert proqramı ilə başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw