+
-
26.08.2019
26.08.2019, 14:20- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

24 avqust 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilmişdir.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Komandanı general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbrikini şəxsi heyətə çatdırmış, gənc əsgərlərin dövlət sərhədlərinin etibarlı mühafizəsini şərəflə yerinə yetirəcəklərinə əminliyi ifadə etmiş, Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd etmişdir. Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsi, səngərdə və sərhəddə sərhədçilərimiz tərəfindən qürurla xidmət aparılması xüsusi vurğulamışdır.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw