+
-
16.08.2019
16.08.2019, 11:32- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam etməkdədir.

Azərbaycan xalq artisti, Azərbaycan kino sənətinin canlı əfsanəsi kino­rejis­sor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli filmini Azərbaycan sərhədçilərinin bir əsrlik tarixinə həsr etmişdir.

2019-cu ilin 15 avqust tarixində Dövlət Sərhəd Xidmətinin aparatında bu sənədli filmin təqdimatı keçirilmişdir.

Zamanında Dahi Öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fəda­kar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilmişdir.

Filmə baxışdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif etmiş, filmin yaradıcı heyətinə minnətdarlığını bildirmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw