+
-
17.08.2013
17.08.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son günlər bir sıra kütləvi informasiya vasitələrində yayılmış bəzi məlumatla bağlı bildirilir ki, 15.08.2013-cü il tarixdə saat 21:00-da 612 saylı “Frankfurt-Bakı” reysi ilə ABŞ vətəndaşları Çöhrəqanlı Montazer Mahmudəli və oğlu Çöhrəqanlı Montazer Arslan ilə birgə Azərbaycana gəlmişlər, giriş vizasının olmaması səbəbindən onlar Azərbaycan Respublikası ərazisinə buraxılmamış, müvafiq qaydada izah olunmuş və həmin “Bakı-Frankfurt” reysi ilə geriyə qaytarılmışlar.

Bu zaman hər hansı bir xoşagəlməz hadisə və anlaşılmamazlıq baş verməmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

 

 

 

f tw