Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulmuşdur.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi