+
-
26.07.2019
26.07.2019, 16:11- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­mişdir.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilmişdir.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batmışdır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw