+
-
25.07.2019
25.07.2019, 10:51- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2019-cu ilin 24 iyul tarixində Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlamışdır.

Gene­ral-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşmüş, dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirmiş, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar vermişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw