16.07.2019, 15:57- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2019-cu ildə yaradılmasının 12-сi ildönümünü qeyd edən Dövlət Sərhəd Xidməti­nin Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlmişdir.

Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan döv­lət­çiliyinə sədaqətli, peşəkar sərhədçi zabit­lə­rin hazır­lanması, hərbi qulluq­çuların döyüş hazırlı­ğı­nın təkmilləşdiril­məsi, döv­lət sərhədinin mü­hafizəsi və hərb sahəsində elmi tədqiqat­la­rın aparılması üçün mükəm­məl elmi-pe­daqoji potensial və ən yüksək stan­dartlara cavab verən maddi-texniki baza forma­laşdırılmışdır.

İyul ayının 16-da Dövlət Sərhəd Xid­məti Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilmişdir. Ənə­nəvi ola­raq möh­tə­şəm Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luq­çuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak et­mişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğur­­lar ar­zu­lamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sər­həd­çisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq ola­caq­­larına, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzm­lə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tuta­caq­larına inamını ifadə etmişdir.

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlər haqqında məlumat verilmiş, dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilmişdir.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçmişlər.

Tədbirdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşmüş, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirmiş, DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik etmiş, sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulamışdır.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əli­yevin məza­rını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80