+
-
15.07.2019
15.07.2019, 15:50- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­mişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw