+
-
29.06.2019
29.06.2019, 12:21- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastruk­turunun yaradılması tədbirləri sürətlə davam edir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tiki­lərək istifadəyə verilir.

İyun ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəs­təsinin xidməti ərazisində yeni hərbi his­sə kompleksi istifadəyə verilmişdir.  

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd­çi­sinin döv­­lət­­çiliyimizin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığını, Dövlət Sər­həd Xidmətinin bütün şəxsi heyəti üçün Azərbaycan Res­pub­likasının Prezidenti Silahlı, Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliy­yət­ olduğunu bildi­rmiş, Ali Baş Komandanın qayğısı sayə­sində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yara­dıl­ma­sını qeyd etmişdir.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­si istiqamətində mühüm addım olması xüsusi vurğu­lan­mış, Azərbay­can sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olması bildirilmişdir.

Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Ba­başov sər­həd­çiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzula­mış­dır.  Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif­lən­dirilmişdir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilmişdir. 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparıl­mış, xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­mışdır. Yeni hərbi hissədə qərargah və ida­rəetmə böl­mələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mən­zil, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, su anbarı inşa olunmuşdur.

Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun ifaları, şəxsi he­yət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən bö­yük rəğbətlə qarşılan­mışdır.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.

Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti yoxlanılmışdır.

 

 

                                                   Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw