27.06.2019, 14:04- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin 18-24 iyun tarixlərində Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin kinoloji yarışları keçirilmişdir. Kinoloji yarışlara Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti məntəqələrinin kinoloq-mütəxəssisləri cəlb olunmuşdur.

Kinoloji yarışlar üç müxtəlif istiqamətdə - narkotik vasitələrin axtarışı, partlayıcı maddələrin axtarışı və iz axtarışı üzrə keçirilmişdir. Yarışların kecirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizə­sində xidməti itlərlə  sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqə­lərində narkotik vasitələrin, partlayıcı maddələrin axtarışı, döyüş bölgələrində mina axtarışı imkanlarını genişləndirmək, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etmək olmuşdur.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında, otaqlarda narkotik vasitələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması, həmcinin ərazidə basdırılmış mina və digər partlayıcı maddələrin axtarışı və tapılması üzrə tapşırıqlar yerinə yetirilmişdir.

Azərbaycan sərhəd mühafizəsinin 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində təşkil edilmiş kinoloji yarışların qalibi olmuş hərbi qulluqçular təltifləndirilmiş, qaliblərə kubok, diplom, «Xidmətdə fərqlənmiş sərhədci» döş nişanı və pul mükafatları təqdim olunmuşdur.

Yarışın yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilmişdir.

 

 

DövlətSərhədXidmətininmətbuatmərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80