03.06.2019, 15:42- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

01 iyun 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Gənc əsgərlər təntə­nəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, böyük dövlət xadiminin müəy­yən­ləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd etmişlər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyini xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayacaqlarına əmin­lik ifadə edilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütöv­lü­yü­nün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü­quqlarının təmin edilməsi, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınması uğrunda sava­şa daim hazır olduğu xüsusi vurğulanmışdır. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə ali etimadının ifadəsi kimi dəyərləndiril­mişdir.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıq­la­rı­nı bildirmiş, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayan­ma­ğı tövsiyə etmişlər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmış­dır.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavab­lan­dırılmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80