+
-
29.05.2019
29.05.2019, 11:36- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında əməkdaşlıq münasibətləri çərçivəsində 28 may tarixində Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələrinə səfər təşkil edilmişdir.

Səfər zamanl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təh­məzli şəxsi heyətin qidalanma şəraiti, qidaların emal olunması və qi­da məhsullarının saxla­nılması vəziyyəti ilə tanış olmuş, hərbi hissə­nin yeməkxanasında əsgərlərlə birlikdə nahar etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw