+
-
25.05.2019
25.05.2019, 11:43 Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılış tədbirində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin çıxışı

Çox hörmətli mərasim iştirakçıları!

Bu gün xüsusi bir auraya malik olan bir muzeyin açılışına top­laş­mışıq. Hər bir xalqın tarixində qələbələr də var, yüksək zirvələr də var, böyük çətinliklər və faciələr də var. Heç də hər muzey, hər mə­­kan yalnız qəhrəmanlıq nümunələri əks etdirməməlidir. Elə mə­kan­lar vardır ki, orada xalqın əziyyətini, xalqın ağrısını ifadə etmək qə­rarlı olan ekspozisiya insanların daha böyük qəhrəmanlığa çağı­rır, daha böyük zirvələri fəth etməyə onlara təkan verir. Hesab edi­rəm ki, bu gün açılan muzey məhz bu kateqoriya muzeylərə aiddir.

Azərbaycan xalqının faciəsi ondan ibarət idi ki, onun daim bö­yük, yaradıcı, çox böyük fəlsəfə daşıyan insanlarının sayı çox idi. Tota­litarizm rejiminin sıx çərçivəsi içində onların yaşaması həm bu rejimin ideologiyasına, həm də onların mənəviyyatına uyğun gəlmir­di və sığışmırdı. Odur ki, mən bu faciə, bu repressiyaya məruz qal­mış insanların sırasında böyük ədiblərin, böyük şəxsiyyətlərin, bö­yük ziyalıların adları daha çox üstünlük təşkil edir.

Hər bir dövlətin bacarığı və qüdrəti ondan ibarətdir ki, öz keç­mi­şinə baxıb, onun layiqli xatirəsinə ləyaqətlə yanaşsın, qiymət ver­sin, eyni zamanda öz faciələrini etiraf etməyə özündə güc tapsın. Ulu Öndər Heydər Əliyevin gücü və böyüklüyü məhz ondan ibarət idi ki, o, bütün öz keçdiyi yola nəzər salaraq, bu faciənin dərinliyini çox yaxşı bilirdi. O, özündə güc tapıb, dövlət rəhbəri işləyərkən mak­si­mum çalışdı ki, bu vaxtı ilə tariximizdən, yaddaşımızdan silinmiş ad­lar xalqımıza qayıtsın və yenə də ulduz kimi parlaq işıq salsınlar. Hü­seyn Cavidin cəsədinin uzaq Sibirdən Azərbaycana, Naxçıvana gətiril­məsi, onun məqbərəsinin açılışında şəxsən onun iştirakı və dediyi sözlər buna əyani sübutdur.

Bu gün hörmətli Prezidentimiz İlham Əliyev cənablarının xeyir-duası əsasında bu muzey açılır. Bu muzey canlı muzey olmalıdır, bu yalnız nümayiş olunan şəkillərdən ibarət olmamalıdır. Bu muzey da­im yaddaşımızda yaşamalıdır. Buraya təhsil ocaqla­rının nümayən­dələri gəlməlidirlər, gənclərimiz gəlməlidir.

Bu muzeyin ən əsas verəcəyi nəticə ondan ibarət olmalıdır ki, heç vaxt Azərbaycan xalqı kiməsə imkan verməsin ki, hər hansı bir ideologiyaya görə belə qurbanlara məruz qalsın.

Bu muzeyin verdiyi nəticə, hissiyyat bundan ibarətdir.

Mən tam əminəm ki, ölkəmizin qüdrəti, ölkəmizin gücü, ölkə­mizin gəncliyi və gələcəyi heç vaxt buna bir daha yol verməyəcəkdir.

Allah bütün repressiya olunmuş insanlara rəhmət eləsin.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

f tw