20.07.2013- Dövlət Sərhəd Xidmətinin Mətuat Mərkəzinin Məlumatı

        

Avqust ayının 6-dа saat 11:00-da Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Şəmkir, Qazax, Ağstafa və Samux rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları avqust ayının 4-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Şəmkir rayonunun Dəllər qəsəbə­sində yerləşən Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi