2019-cu ilin 07 may tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlamış, sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşmüş, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirmiş, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar vermişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi